Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
“İki sahil” Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, XXII turun son oyununa təsadüf edib.
Bu, XXII turun son oyununa təsadüf edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.
Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.
“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq