Serbiyanın İrandakı səfiri Damir Kovaçeviç diplomatik nümayəndəliyin əməkdaşlarının bu ölkədən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, səfir bu barədə "Astara" dövlət sərhəd buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında danışıb.
"Biz qardaş Azərbaycana, həqiqətən, minnətdarıq. Bütün Azərbaycan rəsmilərinə təşəkkür edirəm. Bizi burada çox mehriban qarşıladılar. Ölkələrimiz qardaş ölkələrdir, bizim çox geniş əlaqələrimiz var və buna bu gün bir daha şahid olduq", - səfir bildirib.
Xatırladaq ki, Serbiyanın İrandakı səfirliyinin beş diplomatı Azərbaycan vasitəsilə bu ölkədən təxliyə edilib.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB