Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində mübarizəyə bu gün start verəcək.
“İki sahil” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma ilk oyununu Bakıda Şimali Makedoniya kollektivinə qarşı keçirəcək.
“Dalğa Arena”da təşkil olunacaq görüş saat 15:00-da start götürəcək. Matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq