Martın 4-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri start götürəcək. 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
“İki sahil” xəbər verir ki, məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadə turnirdə Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.
“Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq