Fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri keçirildi.
“İki sahil” xəbər verir ki, reytinq xarakterli yarışda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib. Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq