İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı zamanı qeyd olunub.
Bildirilib ki, Azərbaycan tərəfinin baş verən hücumla bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsi, izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır
İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb