Azərbaycan parapauerliftinqçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında çıxış edəcək.
“İki sahil” xəbər verir ki, yarışda ölkəmizi Elcan Səmədzadə (49 kiloqram), Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (59 kiloqram), Rəsul Zəkiyev (97 kiloqram), İlhamiz Kərimov (+107 kiloqram) və Zəhra Dadaşova (61 kiloqram) təmsil edəcəklər.
Turnir martın 6-dan 16-dək təşkil olunacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq