5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Paytaxtı” Qazax şəhərində, Heydər Əliyev Parkı ərazisində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və sərgi təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 2025-ci ilin “İdman Paytaxtı” olmuş Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, idmançılar iştirak ediblər. Əvvəlcə “Qarabağ Azərbaycandır” abidəsi ziyarət olunub. Proqram çərçivəsində cüdo, güləş, ağırlıqqaldırma, şahmat, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub.
Tədbir zamanı Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edən kitablar sərgidə nümayiş etdirilib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq