Martın 5-də “İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov “İdman Paytaxtı” Qazax şəhərində regional gənclər və idman idarələrinin rəisləri, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər idman qurğularının rəhbərləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Qazax şəhəri Gənclər Evində keçirilən tədbirdə nazir Fərid Qayıbov hər kəsi Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib. İclasda regional gənclər və idman idarələrinin, UGİM-lərin və idman qurğularının fəaliyyəti müzakirə olunub. Nazir Fərid Qayıbov iştirakçıları dinləyib, müvafiq tövsiyələrini verib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq