İspaniyanın "Real" futbol komandasının hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçiriləcək "Selta" ilə matçda iştirak etməyəcək. Fransalı forvardın adı Madrid təmsilçisinin bu oyun üçün açıqlanan heyətinə daxil edilməyib.
“İki sahil” xəbər verir ki, buna səbəb Mbappenin sol diz bağlarının dartılmasıdır. Zədənin ciddiliyi ulduz futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı keçiriləcək mühüm qarşılaşmaları da buraxması ehtimalını yaradıb.
Cari mövsümdə "kral klubu"nun heyətində 33 oyuna çıxan Mbappe 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq