Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
“İki sahil” xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb. -48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. Təmsilçimiz həlledici görüşdə yerli idmançı Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq