Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
“İki sahil” xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan güləşçilərindən Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər.
Musa Ağayev (65 kq), Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər.
Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq