Azərbaycanın qadın stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər. Seçmə komanda Almatı şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında iştirak edəcək. “İki sahil” xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətova martın 12-də Almatı sınaqlarına qatılacaq.
Ardınca komandamız Çin Xalq Respublikasına təlim-məşq toplanışına yollanacaq. Martın 15-dən 28-dək Hebey əyalətinin Zenq Dinq şəhərində keçiriləcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq