Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
“İki sahil” xəbər verir ki, 61 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ceyhun Allahverdiyev finalda ermənistanlı Levik Mikayelyanla qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bununla da idmançımız gümüş medal əldə edib.
Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq