Martın 11-də Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana ölkəmizə səfər ediblər. “İki sahil” xəbər verir ki, səfər çərçivəsində beynəlxalq kanoe təşkilatlarının rəhbərləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olublar. Qonaqlara federasiyanın inzibati binasındakı iş şəraiti ilə bağlı məlumat verilib.
Daha sonra Tomas Konyetsko və Jan Zunqrana yerli federasiyanın nümayəndə heyəti ilə birgə bulvar ərazisində fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe İdman klubuna baş çəkiblər. Bazadakı məşq şəraiti ilə tanış olan qonaqlar avarçəkənlərin Xəzər dənizindəki gündəlik məşqlərini izləyiblər.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq