U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
“İki sahil” xəbər verir ki, millimiz 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. Komandamız 170 xalla Avropa ikincisi olub. Yığmamız yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb. 170 xal U23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.
Xatırladaq ki, milli üzvlərindən Ali Tsokayev (92 kq) qızıl, Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq