Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçulardan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq