Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.
“İki sahil” xəbər verir ki, Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Turnirdə “Yelo Bank”ın nəzdində fəaliyyət göstərən bədminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, “Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb.
Ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.
Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq