Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.
Qərara əsasən, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin tabeliyində olan İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionunun Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilməsi barədə Naxçıvan MR. Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 132 nömrəli qərarı ləğv edilib.
Bununla da hər iki stadion federasiyanın istifadəsindən çıxarılıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq