14 mart 2026 19:00
201

Ruzanna Məmmədova Avropa ikincisi oldu

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, Yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşə çıxıb. Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval Çayıra uduzaraq (0:12) beşinci yerlə kifayətlənib. Ruzanna Məmmədovanın (62 kq) final görüşü gərgin mübarizə şəraitində keçib. Rusiyalı Amina Tandelovaya 3:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.

Beləliklə, millimiz qitə birinciliyini 3 medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanıb.