Martın 14-də “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“İki sahil” xəbər verir ki, yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir Fərid Qayıbov həmçinin Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış edib, ardınca federasiyanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
İclasda “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq