Stolüstü tennisçi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada etimadı doğrultmaqdadır. “İki sahil” xəbər verir ki, Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində U 11 yaş dərəcəsində bürünc mükafata layiq görulən istedadlı idmançı Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb. Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Əliəkbər Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib. Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanmışdı.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq