Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri ər-Riyad və Şarqiyyə regionlarında gecə yarıdan indiyədək 27 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Əl-Xərc rayonuna atılmış 6 ballistik raket də zərərsizləşdirilib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.
Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatlarını genişləndirib.
ABŞ HDQ Hörmüz boğazını minalardan təmizləmək üçün sualtı dronlardan istifadə edir
Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq
Bolqarıstanda keçirilən parlament seçkiləri üzrə “exit-poll” nəticələri açıqlanıb