Rusiya Ukraynanın Çerniqov vilayətinin Nejin rayonundakı enerji obyektinə hücum edib, nəticədə bölgənin böyük hissəsi elektriksiz qalıb.
“İki sahil”in Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.
Onun sözlərinə görə, artıq qəza-bərpa işlərinə başlanıb.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər