İsrail Hərbi Hava Qüvvələri (HHQ) hərbi kəşfiyyatın dəstəyi ilə Beyrutda (Livan) "Hizbullah"ın qərargahlarına zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gecə saatlarında Livanın cənubunda aparılan quru əməliyyatı zamanı 91-ci diviziyanın komandanlığı altında "Givati" briqadasının döyüşçüləri "Hizbullah"ın silahlılarını aşkar ediblər.
"Qüvvələrimiz bir nəfəri öldürüblər. Ardınca HHQ təyyarəsi İsrail hərbçilərinə atəş açan bir neçə döyüşçüyə zərbə endirib. Sonradan "Hizbullah"ın daha üç döyüşçüsü tank atəşi ilə öldürülüb", - bəyanatda qeyd olunub.
Ordudan əlavə edilib ki, İsrail hərbçiləri arasında itki yoxdur.
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər