Tehran islam ölkələri və qonşuları ilə münaqişəyə can atmır.
“İki sahil” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq", - M.Pezeşkian qeyd edib.
O, həmçinin bəyan edib ki, Yaxın Şərq dövlətləri arasındakı ixtilaflardan yalnız İsrail qazanacaq.
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər