Türkiyənin Norveçdəki səfiri Gülin Dinç Ramazan və Novruz bayramları münasibətilə Oslo Azərbaycan Evini ziyarət edib.
“İki sahil” xəbər verir ki, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin dərsində iştirak edən xanım səfir şagirdlərlə səmimi söhbət aparıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şagirdlər isə öz növbəsində Türkiyə–Azərbaycan qardaşlığına həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Daha sonra Gülin Dinç Oslo Azərbaycan icmasının üzvləri ilə görüşərək səmimi fikir mübadiləsi aparıb.
O, Norveçdəki türk və Azərbaycan icmaları, eləcə də təşkilatları arasında sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluğunu ifadə edib.
Sonda Gülin Dinç Oslo Azərbaycan Evinin qonaq kitabına ürək sözlərini yazıb.
İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - FOTO/VİDEO