24 mart 2026 11:57
172

Yalan və qərəzli məlumatları yayanlar cəzasız qalmamalıdır

Yalan və qərəzli məlumatlar yaymaqla məkrli  niyyətlərinə çatmaq yolu tutmuş hər kəs ictimai qınağa və hüquqi məsuliyyətə cəlb olunmalıdır.

Son vaxtlar sosial şəbəkələrin və süni intellektin imkanlarından istifadə etməklə məqsədli olaraq cəmiyyətdə ictimai fikir çaşqınlığı yaratmağa  çalışan şəbəkələr artmaqdadır.

Politoloq Sənan Həsənov “İki sahil”ə açıqlamasında bildirib ki, antimilli qüvvələrin əhatəsində birləşən belə qrupların fəaliyyətini daxildə və xaricdə görməmək mümkün deyil. Bu tip məlumatların mahiyyəti  və hüquqi yanaşmadan açıqca görünür ki, onların fəaliyyəti dövlətçiliyimizə, xalqımıza qarşı çox təhlükəli şəbəkədir. Ölkənin, dövlətin inkişafına, onun beynəlxalq nüfuzuna xələl gətirməyə çalışan ünsürlərin öz əhatələrini genişləndirmək cəhdləri isə belə təhlükələrin intensivləşdirilməsi nə maraqlı qüvvələrin olduğunu göstərir. 

Odur ki, azad demokratik mətbuatın prinsiplərini dərk etməyən hətta yaradılan şəraitin, qayğının əvəzində xəyanətkarlıq yolu seçmiş istənilən şəxslərə qarşı qanunun aliliyi tətbiq olunmalıdır. Bu addımların bilərəkdən və qəsdən millətin, dövlətin və hətta dövlət başçısının nüfuzuna xələl gətirmək, inkişafı aşağılamaq yolu tutduğu göz qabağındadır. Cəmiyyətimiz də bunu bilir. Biz açıqca görürük ki, hər şeyi qara görmək,uğurlara kölgə salmaq bir dəfə də olsun ki, nailiyyətləri dilə gətirməmək kimi məqsədli kampaniya milli təssübkeşliyin əleyhinə olaraq  qırmızı xətləri keçməyi davam etdirir. İstər xaricdə, istərsədə daxildə belə "fəaliyyət" şahibləri və onların əhatəsi operativ şəkildə məsuliyyətə cəlb olunmalıdır. Çünki cəmiyyətdə uğurlu siyasətlə inkişafa nail olmaq çox böyük müdrikliyin,  zəhmətin və beynəlxalq səviyyədə  gərgin mübarizələrin nəticəsində əldə olunur. Belə mübarizənin cəmiyyətimizin böyük bir qismi çox zaman nəticələrini görür. Ancaq onun əldə olunması çox dərin  strateji prosesdir. Davamlı güclü dövlət üçün ziyalılar, ictimai fikir adamları, mətbuat, sosial şəbəkələr bu mürəkkəb prosesi cəmiyyətə və gənc nəslə davamlı ardıcıl olaraq çatdırmalıdır. Cəmiyyətə təlqin edilməli, nəticələr sürularımızda  bərqərar olmalıdır. Prosesin belə istiqaməti xalq dövlət birliyini yaradan və milli gücü ifadə edən ən vacib amildir. Antimilli ünsürlər bu prosesə həmişə mane olmağa calışmış, hazırda da cəhdlərini davam etdirirlər. Diqqət edək ki, müstəqilliyin çətin yolu ilə dövlət qurulur, Cənab Prezident başda olmaqla uzaqgörən siyasət strategiyasını qələbələrlə  ilə davam etdirir, dövlətin təhlükəsizliyinə olan təhdidlər qlobal və mürəkkəb siyasi şəraitdə aradan qaldırılır, sabitlik təmin olunur, xalq dövlət birliyi daha da möhkəmlənir. Lakin bir qrup yalan və qərəzli antimilli ünsürlər bu prosesə mane olmağa, ictimai fikirdə çaşqınlıq yaratmağa çalışır. Bu xəyanətkarlıq deyil bəs nədir....

Unutmaq olmaz ki, milli mənafe, təəssübkeşlik hər birimizin ən ali məqsədidir.