Göyçay rayonunun Çayarxı kəndi ərazisində qamışlıq və yabanı kolluq ərazidə yanğın olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb, yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.
Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.
Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlər müəyyənləşib
Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub
Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir