Bu gün axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.
Hadisə zamanı sonuncunun atası - 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C. Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Əliyev Füzulidə torpağa tapşırılıb
Yayda hansı qidalar sağlamlığımız üçün daha böyük risk yaradır? - OXUYUN XƏBƏRİNİZ OLSUN
“Ailəm könüllüləri” proqramındakı fəaliyyətlərini uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunublar