Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, sükan arxasında mobil telefondan istifadə yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bu davranış sürücünün diqqətini yayındırır, idarəetməni çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
“İki sahil” xəbər verir ki, onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə edən sürücülərin reaksiya müddəti azalır, məsafə və sürət qiymətləndirməsində səhvlər artır, qəfil yaranan təhlükələrə vaxtında reaksiya vermək mümkün olmur. Xüsusilə mesaj yazmaq və ya sosial şəbəkələrdən istifadə zamanı sürücünün diqqəti bir neçə saniyəlik yoldan yayınır ki, bu da nəqliyyat vasitəsinin nəzarətsiz qalmasına və ağır nəticələrə səbəb olur.
O qeyd edib ki, sükan arxasında mobil telefondan istifadə yalnız inzibati məsuliyyət yaradan qayda pozuntusu deyil, eyni zamanda insan həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir.
Sonda şöbə rəisi sürücülərə müraciət edərək nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadədən çəkinməyi, zərurət yarandıqda isə nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxladıqdan sonra telefondan istifadə etməyi tövsiyə edib.
Nazim Hacıyev: Elmi Cərrahiyyə Mərkəzində pasiyent məmnuniyyəti yüksəlir, çətin cərrahi hallarda multidissiplinar yanaşma tətbiq olunur
Elmi Cərrahiyyə Mərkəzinin inkişaf strategiyası innovasiya, rəqəmsallaşma və kadr potensialının gücləndirilməsini əhatə edir - Baş həkim açıqladı