Bu gün FHN-in idman zalında yarımfinal mərhələsinin son oyunları keçirilib. “İki sahil” xəbər verir ki, Günün ilk qarşılaşmasında “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Xilasedici” bu görüşdə də eyni hesabla rəqibini məğlub edib. Növbəti görüş “Neftçi” və “ORDU” klubları arasında baş tutub. Gərginliyi ilə yadda qalan oyun “ORDU”nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarımfinal oyununda da qalib gələn “ORDU” komandası 2 qələbədən sonra adını finala yazdırıb.
Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda “Murov Az Terminal” və “Neftçi”, finalda isə “Xilasedici” və “ORDU” komandaları üz-üzə gələcəklər.
Oyunların nəticələri
14 aprel 2026
Yüksək Liqa (kişilər) | yarımfinal, 2-ci oyun
“Xilasedici” – “Murov Az Terminal” 3:0 (25:19, 25:19, 25:22)
“Neftçi” - “ORDU” 2:3 (25:22, 24:26, 25:23, 26:28, 14:16)
7 aprel 2026
Yarımfinal, 1-ci oyun
“Murov Az Terminal” – “Xilasedici” 0:3 (20:25, 18:25, 18:25)
“ORDU” – “Neftçi” 3:0 (25:12, 25:14, 25:16)