15 aprel 2026 10:27
161

Özbəkistan və Qazaxıstan ikitərəfli ticarətin həcmini 10 milyarda çatdırmağı planlaşdırır

Özbəkistan və Qazaxıstan qarşılıqlı ticarətin həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistanın “Dunyo” informasiya agentliyi məlumat yayıb.

“Qazaxıstanla əməkdaşlıq sabit artım göstərir. Qarşılıqlı ticarətin həcmi ildə 5 milyard dollara yaxınlaşır. Özbəkistan şirkətləri Qazaxıstanda fəal şəkildə nümayəndəliklərini açır, bu da regiondakı biznes balansını dəyişir. Ölkələr qarşılıqlı ticarətin həcmini 10 milyard dollara çatdırmağı hədəfləyirlər”, - mənbə bildirib.