Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə kiminlə münasibətlər quracağını diktə etməyə çalışdığını bildirib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, nazir bu açıqlamanı Çinə səfərindən sonra keçirilən mətbuat konfransında verdi.
Lavrov Mərkəzi Asiyada "maraqlı geosiyasi mübarizənin" baş verdiyini qeyd edib. Onun sözlərinə görə, Qərb ölkələri regionda "öz qaydalarını" qurmağa və bu dövlətlərin həyatının formalaşmasında aparıcı rol oynamağa çalışırlar. Sergey Lavrov vurğulayıb ki, "eyni şey, bəlkə də daha az nəzərə çarpan olsa da, Cənubi Qafqazda artıq özünü göstərir".