15 aprel 2026 11:39
128

CENTCOM: İrana qarşı əməliyyat zamanı təxminən 400 ABŞ hərbçisi yaralanıb

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı nəticəsində təxminən 400 ABŞ hərbçisi yaralanıb.

“İki sahil” CBS News-a istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının sözçüsü bildirib.

Bəyanatda deyilir ki, döyüş əməliyyatları zamanı 399 hərbçi yaralanıb. Onlardan 354-ü xidmətə qayıdıb.

Sözçünün sözlərinə görə, hazırda üç hərbçinin vəziyyəti ağırdır.