15 aprel 2026 12:37
112

AFFA İntizam Komitəsi "Qarabağ"ı 700 manat cərimələyib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.

“İki sahil” xəbər verir ki, buna Ağdam təmsilçisinin 4 futbolçusunun Premyer Liqanın XXVII turunun "Şamaxı" ilə matçında sarı vərəqə alması səbəb olub. “Qarabağ” buna görə 700 manat cərimə ödəyəcək.

Qeyd edək ki, “Şamaxı” – “Qarabağ” oyunu qolsuz heç-heçə ilə başa çatıb.