Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdığını rəsmən elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Moldova baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoi bildirib ki, ölkənin təşkilatdakı üzvlüyünün bir ildən sonra başa çatması planlaşdırılır.
"8 apreldə sazişlərin ləğvi barədə qərarlar imzalandıqdan sonra Minskdəki katibliyə bildiriş göndərildi və biz onun alınması barədə təsdiq aldıq", - deyə Popşoi bildirib.
2 apreldə Moldova parlamenti MDB Nizamnaməsindən çıxma layihəsini son oxunuşda təsdiqləyib.