Təəssüf ki, Hörmüz boğazının adının dəyişdirilməsi ideyası dəstək tapmayıb.
“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “Fox Business” telekanalına müsahibəsində deyib. “Onu Hörmüz boğazı və ya başqa cür adlandıra bilərsiniz. Mən hansının yaxşı olduğunu soruşdum. Onlar isə dedilər ki, bütün variantlar yaxşıdır. Lakin onu Tramp boğazı adlandırmaq mümkün deyil. Bu ideya onların xoşuna gəlmədi”, - deyə Donald Tramp bildirib.
Birləşmiş Ştatların dövlət başçısı, həmçinin Avropanın miqrasiya siyasətini tənqid edib və İranla münaqişədə Vaşinqtona kömək etmədiyi üçün İtaliyanın Baş naziri Ciorcia Meloni ilə münasibətinin korlandığını bildirib.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər