16 aprel 2026 01:28
122

İsrail ordusu İran və Livanla bağlı gələcək planlarını təsdiqləyib

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir İran və Livana qarşı gələcək zərbə planlarını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, E. Zamirin sözlərini ordunun mətbuat xidməti yayıb.

"Dünən mən Baş Qərargahın komandanlığı ilə birlikdə gələcək planları təsdiqlədim. Biz vəziyyətin cari qiymətləndirilməsini aparmağa və həm Livan, həm də İran üzrə planları təsdiqləməyə davam edirik", - Baş Qərargah rəisi Livanın cənubunda yerləşən İsrail hərbçilərinə baş çəkərkən bildirib.

E. Zamir əlavə edib ki, ordu yüksək hazırlıq vəziyyətindədir: "İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri silahlandırılıb və hazırlanıb, hədəflər sistemlərə yüklənib. Biz dərhal güclü zərbə endirmək üçün necə hərəkət edəcəyimizi bilirik".

Zamir qeyd edib ki, İsrail Müdafiə Ordusu hələ də Livanda "Hizbullah"a zərbələr endirir. Onun sözlərinə görə, İsrail hərbçiləri hazırkı əməliyyatın əvvəlindən bəri hərəkatın 1, 7 mindən çox yaraqlısını məhv edib.