ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dəniz minalarını aşkar etmək və zərərsizləşdirmək üçün əməliyyatları gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" yazıb.
Qeyd olunub ki, artıq ondan çox Amerika hərbi gəmisi regiondadır və daha bir neçəsi Yaxın Şərqə doğru irəliləyir.
Fars körfəzində gəmiçiliyin monitorinqindəki rolundan əlavə, onlar həmçinin yerüstü gəmilər, helikopterlər və sualtı dronlardan istifadə edərək dəniz minalarının axtarışı və məhv edilməsi əməliyyatlarında da iştirak edirlər.
Nəşrin məlumatına görə, İran son hərbi kampaniya zamanı itkilərə baxmayaraq, xeyli miqdarda dəniz minası ehtiyatına malikdir. Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bu minaların bəziləri artıq sularda yerləşdirilə bilər.