16 aprel 2026 11:33
180

Finlandiya nüvə silahı daşıya bilən qırıcı təyyarələr alacaq

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirib ki, Finlandiya bu il nüvə silahına malik qırıcı təyyarələr alacaq.

“İki sahil” xəbər verir ki, o, bu barədə TASS-a bildirib.

"Bu il Finlandiya tərəfindən ABŞ-dan alınan 64 ədəd F-35A çoxməqsədli qırıcı təyyarədən birincisi gəlməyə başlayacaq və yeri gəlmişkən, istənildiyi təqdirdə nüvə silahı daşıya biləcək", - deyə o bildirib.

Daha əvvəl media orqanları Fransanın Rusiyanı çəkindirmək üçün Finlandiyaya nüvə silahı verə biləcəyi barədə məlumat yaymışdı.