17 aprel 2026 07:59
149

Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib

Livan ordusu atəşkəs rejiminin pozulduğunu bildirib və respublikanın cənub bölgələrinin sakinlərini öz evlərinə qayıtmamağa çağırıb.

“İki sahil” xəbər verir ki, müvafiq bəyanatın yer aldığı paylaşım ordunun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"Ordu komandanlığı [atəşkəs] razılaşmasının bir sıra pozuntuları fonunda vətəndaşları cənubdakı kəndlərə və yaşayış məntəqələrinə tələsik qayıtmaqdan çəkinməyə yenidən çağırır. Bir sıra İsrail hücumları, habelə bir neçə yaşayış məntəqəsini əhatə edən vaxtaşırı atəşə tutulma halları qeydə alınıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, ölkənin ordu rəhbərliyi zəruri təhlükəsizlik tədbirləri görmək üçün vəziyyəti izləyir və xüsusən gecə saatlarında Livanın təhlükəli ərazilərindən uzaq durmağa çağırır.

"Ordu komandanlığı vəziyyətin inkişafını izləməyə davam edir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür", - ordunun mətbuat xidmətindən vurğulanıb.