17 aprel 2026 08:30
160

İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir

Amerika tərəfi bir sıra Avropa ölkələrinə İrandakı hərbi əməliyyatla əlaqədar silah tədarükünün ləngiyəcəyi barədə məlumat verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

"Məlumata görə, təchizatdakı fasilələr Baltikyanı və Skandinaviya ölkələri də daxil olmaqla, Avropa İttifaqının bir neçə dövlətinə təsir edəcək. Rəsmi yazışmalarda Amerika administrasiyasının nümayəndələri göstəriblər ki, İranla silahlı münaqişə ABŞ-nin ehtiyatlarını tükətməyə davam edir, bu səbəbdən də tədarüklə bağlı əvvəllər əldə olunmuş razılaşmaların tam həcmdə yerinə yetirilməsi müvəqqəti olaraq qeyri-mümkündür", - "Reuters" qeyd edib.

Agentlik bildirib ki, Ağ Ev administrasiyasında Yaxın Şərq qarşıdurması fonunda Amerika hərbi sənaye kompleksinin artan tələbatı ödəyə bilməyəcəyindən narahatlıq ifadə edirlər. Bununla əlaqədar bütün dünyada ayrı-ayrı alıcılara tədarük həcminin azaldılması variantı nəzərdən keçirilir.