Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında ilk görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Yunanistan təmsilçisi Konstantinos Tsaparasa ipponla qalib gələrək növbəti raunda vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.