ABŞ-a məxsus USS Dwight D. Eisenhower gəmisində aprelin 14-də planlı texniki xidmət zamanı yanğın baş verib. Hadisə Norfolk Naval Shipyard ərazisində qeydə alınıb.
“İki sahil” xəbər verir ki, U.S. Naval Institutunun məlumatına görə, yanğın nəticəsində üç dənizçi xəsarət alıb. Onlara tibbi yardım göstərildikdən sonra xidmətə qayıtdıqları bildirilir.
Mənbənin sözlərinə əsasən, gəmi heyəti və zavod əməkdaşları yanğını operativ şəkildə lokallaşdıraraq qısa müddətdə söndürüblər. Bununla belə, hadisənin texniki xidmət müddətinə təsir edib-etməyəcəyi hələ açıqlanmayıb.
Qeyd edək ki, USS Dwight D. Eisenhower 8 yanvar 2025-ci ildən etibarən texniki baxım üçün Portsmutda yerləşir. Gəmi 1977-ci ildə istismara verilib və Dwight D. Eisenhower-in şərəfinə adlandırılıb.
Aviadaşıyıcı son illərdə müxtəlif hərbi əməliyyatlarda iştirak edib.