17 aprel 2026 15:29
142

Avropada qazın qiyməti...

Avropa birjalarında qazın qiymətləri sabit qalmaqla yanaşı, azalma meyli göstərir və 1000 kubmetr üçün 510 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, qiymətlər ICE göstəricilərinə əsasən formalaşır. May ayı üzrə fyuçers müqavilələri TTF habı üzrə ticarətə 511,5 dollar səviyyəsində başlayıb. Moskva vaxtı ilə saat 13:56-ya olan məlumata görə, kotirovkalar 509,7 dollara qədər geriləyib.

Qiymət dinamikası əvvəlki 517,2 dollar səviyyəsi ilə müqayisədə hesablanır.