Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan türkiyəli həmkarı Berris Ekinci ilə görüşüb.
“İki sahil” Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadla xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Ermənistan XİN-dən qeyd edilib ki, tərəflər sülh və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli gündəlikdəki məsələləri və regional hadisələri müzakirə ediblər.
Kostanyan və Ekinci ikitərəfli və regional qarşılıqlı əlaqəni təmin edən layihələrin həyata keçirilməsi imkanlarına toxunublar.