17 aprel 2026 20:33
119

Nazir müavini: TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır

Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi və Ermənistanda qeydiyyatdan keçməli olan TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

"Bəli, hazırda biz amerikalı tərəfdaşlarımızla birgə işlərin hazırlıq və icra mərhələsini fəal şəkildə davam etdiririk", - Kostanyan bildirib.

O xatırladıb ki, 13 yanvar 2026-cı ildə Ermənistan və ABŞ arasında icra üzrə üçtərəfli çərçivə proqramı qəbul edilib.

"Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi, eləcə də Ermənistanda qeydiyyatdan keçməli olan layihə şirkətinin yaradılması üzərində işləyirik. Yəni proses çox fəal gedir", - nazir müavini bildirib.