Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan azərbaycanlı jurnalistlərə bildirib.
"Ticarətə gəldikdə, bildiyiniz kimi, biz artıq Azərbaycandan benzin idxal etməyə başlamışıq. Bundan əlavə, hər iki ölkə ikitərəfli ticarətin bir hissəsi ola biləcək malların siyahılarını mübadilə edib. Ermənistan və Azərbaycandan hansı malların ixrac edilə biləcəyinə dair müzakirələr aparılıb və ilkin razılaşmalar var. Biz ümid edirik ki, bu proses başa çatdıqdan sonra rəsmi bəyanat veriləcək". - o deyib.