17 aprel 2026 21:45
137

Tramp iki-üç gün ərzində İranla razılaşmanın ola biləcəyini deyib

ABŞ və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

"İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik", - deyə o bildirib.

Daha əvvəl “Axios” mənbəyə istinadən müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazıb.